...

Azərbaycanın taekvondo yığmasının lideri sağalır

Cəmiyyət Materials 9 Noyabr 2007 16:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Uzun müddət diz nayihəsindən aldığı zədədən müalicə alan Azərbaycanın ən titullu taekvondoçusu Niyaməddin Paşaev ( 67 kq), yenidən tam təlimlərə başlayıb.

Yığmanın baş məşqçisi Ələkbər İmaməliyevin Trend -ə verdiyi məlumata görə, hazırda idmançı ümumi qrupda təlimlər keçir və digər komanda yoldaşları kimi, ağırlıqlara davam gətirir. "Hal-hazırda Niyaməddin formasını yığır və yanvar ayında İstanbulda keçiriləcək lisenziya turnirində yığmanın tərkibində yer uğrunda mübarizə aparacaq",- mütəxəssis deyib.

Aldığı zədəyə görə, Paşayev keçən il bir neçə vacib yarışmanı buraxaraq, Pekindəki dünya çempionatında və Mançestrdəki seçim turnirində çıxış edə bilməyib.

Xəbər lenti

Xəbər lenti