...

XİN-in mətbuat katibi: "Jurnalistlər qanunları pozmamalıdırlar"

Cəmiyyət Materials 12 Noyabr 2007 14:48 (UTC +04:00)
XİN-in mətbuat katibi: "Jurnalistlər qanunları pozmamalıdırlar"

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva / Jurnalistlər qanunvericilik çərçivəsində fəaliyyət göstərməlidirlər, qanunları pozmamalıdırlar. Bu barədə Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin həbsini şərh edərkən bildirib.

Bakının Yasamal rayon məhkəməsinin qərarı ilə noyabrın 11-də "Azadlıq" qəzetinin baş redaktoru Zahid iki ay müddətinə həbs olunub. Zahid dələduzluq və insan sağlamlığına qəsdən zərər yetirmə maddələri üzrə ittiham olunur.

"Biz başa düşürük ki, Azərbaycanda jurnalistlərlə əlaqədar hər bir məhkəmə prosesi beynəlxalq təşkilatların və bir sıra ölkələrin güclü reaksiyasına səbəb olur, lakin jurnalistlər də söz azadlığından sui-istifadə etməməlidirlər" - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti