...

Noyabrın 13-ü Beynəxalq Gözdən Əlillər Günüdür

Cəmiyyət Materials 13 Noyabr 2007 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı, / Trend müxbir S.Babayeva/ Bu gün, noyabrın 13-də Azərbaycanda Beynəlxalq Gözdən Əlillər Günü qeyd olunur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyada 37 mln. gözdən əlil var. Azərbaycanda bu göstərici 35 min nəfər təşkil edir ki, bunların 6 mini yeniyetmədir.

"Bu insanlar ehtiyac içində yaşayır və onlar özlərinə münasibətdə böyük diqqət tələb edirlər" - deyə

Azərbaycanın Gözdən Ədillər Cəmiyyətinin rəhbəri Səmyar Abdullayev bildirib, sözügedən bu cəmiyyət gözdən əlil insanların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədilə yaradılıb. Abdullayev qeyd edir ki, dövlət və qeyri-hökumət təşkilatları ilə əlaqə saxlamaqla məşğulluq, təhsil, sosial təminat kimi problemlər həll olunur.

Abdullayevin sözlərinə görə, hökumətin gözdən əlillərin problemlərinin araşdırılmasının yekunu olaraq qərar qəbul edəcəyi gözdənilir. Bu araşdırmalar səkkiz dövlət orqanının iştirakı ilə aparılıb.

Aparılan işlərin yekunu olaraq hökumətə 27 təklifdən ibarət paket təqdim olunub, təkliflərə sosial təminatların həcminin artırılması, təhsil, gözdən əlillərin məşğulluq problemləri daxil edilib.

"Əgər hökumət təklif olunan təkliflərin həyata keçirilməsi qərarına gələrsə, ölkədə əsl gözdən əllilər cəmiyyət yaranacaq" - deyə cəmiyyətin rəhbəri hesab edir.

Beynəlxalq Gözdən Əlillər Günü Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qərarı ilə gözdən əllillik və zəif görmə problemdərinə diqqəti cəlb etmək məqsədilə yaradılıb.

ÜST-nin məlumatına görə, 37 mln. nəfət gözdən əlillə yanaşı zəif görmə qabiliyyətinə malik 124 mln. nəfət insan da mövcuddur. Görmə qabiliyyətini itirmə hallarının dörddə üç hissəsi barədə xəbərdarlıq etmək və ya müalicə etmək olardı. ÜST hesab edir ki, 2020-c ildə dünyada gözdən əllilərin sayı 75 milyona qədər artacaq.

ÜST BMT-nin bütün üzv dövlətlərini oftomoloji kömək üzrə milli planlar hazırlamağa və həyata keçirməyə, gözdən əlliyin profilaktikası istiqamətiqdə işlərə xüsusi diqqət ayırmağa çağırıb. Təşkilat 2020-ci ilə qədər bütün dünyada bu kimi halların qarşısının alınması yönəlmiş "Görmə 2020: görmə hüququ" adlı qlobal kompaniya keçirir. Kompaniya ÜST və Gözdən Əlilliyin Profilaktikası üzrə Beynəlxalq Agentlik tərəfindən keçirilir. Kompaniyanın iştirakçıları QHT, peşəkar assosiasiyalar, oftomoloji institutlar və əczaçılıq korporasiyalarıdır.

Xəbər lenti

Xəbər lenti