...

Bir daha açıq-saçıq geyinməyəcəm! -- müğənni Rəqsanə İsmayılova

Cəmiyyət Materials 15 Noyabr 2007 18:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 noyabr /müx. TrendLife Fəridə Məhərrəmqızı/

Rəqsanə İsmayılovanın səhnəyə qayıdıb, yarımçıq qalan işlərini davam etdirməsi sözügedən müğənninin pərəstişkarlarını şad etdi desək, yanılmarıq. Bu sevinc o qədər güclü oldu ki, Rəqsanə xanım "Radio Space 104 FM"-də canlı yayımlanan "8 -104" verilişində qonaq oldu .Yeniləşən xarici gözəlliyi ilə göz qamaşdıran müğənni, bu dəfə də sadiq qalıb, dinləyicilərindən gələn bütün istək və təkliflərə hörmətlə yanaşdı. Efirə zəng vuran tamaşaçılardan biri son vaxtlar Rəqsanənin açıq geyinməməsinin səbəbini öyrənmək istədi. Rəqsanə sualı bu cür cavablandırdı:"Son vaxtlar mənim həyatımda dəyişiklik olub. Yəni sevdiyim insana söz verdiyim üçün açıq geyinmirəm. Bundan sonra tamaşaçılar, fanatlar məni başqa imicdə görəcəklər".

Müğənni verilişə dəvət olunan digər müğənnilər kimi, gələcək planlarından da danışdı.

"Bu yaxınlarda Türkiyəyə yola düşəcəyəm. Bir müddət İstanbulda türk bəstəkarı ilə birgə çalışacağam. Həmin bəstəkar mənim üçün mahnı yazıb ki, o mahnını da Türkiyənın "Star" kanalında qonaq olarkən ifa edəcəyəm. Elşad Xose ilə birgə layihə üzərində işləyirik. Yeni diskim işıq üzü görəcək. Yeni klipim də Türkiyədə çəkiləcək".

Beləcə, Nəsib Nurun bu həftəlik verilişi sona çatdı. Gələn Həftənin bazar ertəsi isə, "8-104"-də qonaq Səidə Sultan olacaq.

Xəbər lenti

Xəbər lenti