...

"Pəri Qala" kimi kino tariximizdə film olmayıb

Cəmiyyət Materials 16 Noyabr 2007 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 noyabr /müx. TrendLife Eldar Hüseynzadə/

Bu həftə "Nərimanfilm" studiyası tərəfindən çəkilmiş "Pəri Qala" filminin təqdimatı keçirildi. Qeyd edək ki, filmin rejissoru İlqar Səffat və Mikayıl Mikayılovdur. Bu film barədə kinorejissor Teymur Daimi TrendLife-a bunları söylədi: "Hesab edirəm ki, "Pəri Qala" filmi Azərbaycan kino tarixində özünəməxsus yer tutacaq. Bundan əvvəl bizdə ssenariyə bağlı olan ədəbi, didaktiv filmlər olub. Səhv etmirəmsə, 1996-cı ildə Ayaz Salayev buna bənzər "Yarasa" filmini çəkib. Hazırda isə kino sahəsinə yeni dalğa gəlir. Yəni gənclər özlərini kino sahəsində sınayırlar. Mənə elə gəlir ki, "Pəri Qala" kimi filmlər kino sahəsində çoxalacaq".

Xəbər lenti

Xəbər lenti