...

"Evrovision"a ancaq Samir Cavadzadə getməlidir! – Röya Ayxan

Cəmiyyət Materials 19 Noyabr 2007 13:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr/müx. TrendLife Şahin Cavadsoy/

Serbiya paytaxtı Belqradda keçiriləcək "Evrovision" mahnı yarışmasının keçiriləcəyi tarix yaxınlaşdıqca, sözügedən müsabiqədə iştirak edəcək ölkələrdən qatılacaq müğənnilər arasında əsl canlanma hiss olunur. Avropanın diqqətdə saxladığı bu yarışmaya bu ildən Azərbaycanın da sənətçi göndərməsi çox qürurverici bir hadisədir. "Evrovision-2008"də bizi hansı müğənninin təmsil edəcəyi hələ dəqiqləşməsə də, estarda ulduzu Röya Ayxan öz nominantının adını TrendLife üçün açıqladı: "Bu iştirakçının adı şərhsiz-şübhəsiz, mənim can dostum Samir Cavadzadədir. Vallah, mən əvvəldən "Evrovision"a getmək istəyən müğənnilərin cərgəsinə qoşulmadığımdan orada kimin güclü, kimin zəif olması barəsində bir söz deyə bilmərəm. Ancaq hesab edirəm ki, mənim irəli sürdüyüm namizəd, qardaşım Samir Serbiyada Azərbaycanımızı layiqincə təmsil edə bilər. Onun səs imkanları, səhnə performansı tam "Evrovision"a layiqdir. Bəlkə kimsə bu çağırışıma dəstək verdi? Nə qədər gec deyil, Samir Cavadzadəni bu müsabiqəyə yaxşı-yaxşı hazırlayaq. Çünki sonrakı peşmançılıq heç zaman fayda vermir"

Xəbər lenti

Xəbər lenti