...

Söz azadlığının təmin olunması Azərbaycanın gələcəyi üçün böyük əhəmiyyət kəsb edir- Avropa Şurası nümayəndəsi

Cəmiyyət Materials 19 Noyabr 2007 17:04 (UTC +04:00)
Söz azadlığının təmin olunması Azərbaycanın gələcəyi üçün böyük əhəmiyyət kəsb edir- Avropa Şurası nümayəndəsi

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/Avropa Şurası üçün söz və mətbuat azadlığı təməl dəyərlərdir və bu azadlığın təmin olunması vacibdir. Bu barədə bazar ertəsi Avropa Şurası Baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Denis Bribosia bildirib.

"Demokratik cəmiyyətlərdə söz azadlığının təmin olunması əsas məsələlərdən biridir. Bu, Azərbaycanın gələcəyi üçün də böyük əhəmiyyət kəsb edir", - deyə Avropa Şurasının xüsusi nümayəndəsi əlavə edib.

Azərbaycanda peşə fəaliyyəti ilə bağlı 9 jurnalist cəzalandırılıb. Onların əksəriyyəti təhqir və böhtan cinayətlərinə görə məhkum olunublar. Sonuncu həbs olunan jurnalist isə, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahiddir.

Bazar ertəsi Bakıda "Azərbaycanda söz və mətbuat azadlığı yerli və beynəlxalq qanunlar konteksində" mövzusunda ikigünlük beynəlxalq konfrans işə başlayıb. Konfransda Azərbaycan rəsmiləri, mətbuat təşkilatlarının rəhbərləri, ictimaiyyətin təmsilçiləri və 20-dən artıq ölkədən 160-a yaxın nümayəndə iştirak edir. Tədbirdə Azərbaycan mətbuatının vəziyyəti, problemlər müzakirə olunur.

Bribosianın fikrincə, Azərbaycanda söz azadlığı müxtəlif kontekstdə başa düşülür: "Gəlin cəsarətli olaq və bu sahədə olan çətinlikləri açıq şəkildə müzakirəyə çıxaraq. Hamımız söz azadlığı sahəsində eyni təcrübəyə malik deyilik"-AŞ-nın təmsilsisi konfrans iştirakçılarına müraciət edib.

Xəbər lenti

Xəbər lenti