Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda mətbuat və söz azadlığı mövcüddur.
"Azərbaycanda həbs olunan jurnalistlər müəyyən cinayət törədiblər və bü cinayətə görə də məsuliyyətə cəlb olunublar",- çərşənbə axşamı jurtnalistlərə Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiev bildirib. Mehdiyev bildirib ki, həbsdə olan jurnalistlər fəaliyyətlərinə görə həbs olunmayıblar.
Azərbaycanda 9 jurnalist həbs olunub. Beynəlxalq təşkilatlar jurnalistlərin həbsini ölkədə söz və mətbuat azadlığına təzyiq kimi pisləyib.
Həbsdə olan jurnalistlərin əfv olunmasının prezidentin səlahiyyətlərinə aid olduğunu deyən Mehdiyev bildirib ki, vaxt gələcək, jurnalistlərin əfv olunmasına baxılacaq və bu məsələ həllini tapacaq.