...

Məhkəmə "Xural"ın baş redaktoru barəsindəki cinayət işinə xitam vermədi

Cəmiyyət Materials 20 Noyabr 2007 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbaliyeva/ Məhkəmə "Xural"ın baş redaktoru barəsindəki cinayət işinə xitam verilməsi barədə vəsatəti rədd edib.

Çərşənbə axşamı Bakının Nərimanov rayon məhkəməsində Cinayət Məcəlləsinin milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması (283-cü) maddəsi ilə ittiham olunan Əvəz Zeynallının barəsindəki cinayət işi üzrə keçirilən prosesdə baş redaktorun vəkilinin verdiyi vəsatət təmin olunmayıb.

Zeynallı Adolf Hitlerin "Mənim Savaşım" adlı kitabının Azərbaycan dilinə tərcüməsində Hitlerə və kitaba rəğbət hissində günühlandırılır. Zeynallı həmin əsəri 2004-cü ilin noyabrında Azərbaycan dilinə tərcümə edərək kitab şəklində nəşr etdirib.

Həmin il dekabrın 8-də o, DİN-in Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə aparılıb. Dekabrın 9-da ona qarşı cinayət işi açılıb. Həmin cinayət işi 2005-ci il fevralın 26-da MTN tərəfindən xitam olunub. Bu il mayın 7-də baş prokuror tərəfindən cinayət işi yenilənib.

Zeynallı bildirib ki, məhkəmə prosesin video, audio və fota çəkilişlərinin aparılması barədə vəsatətləri də təmin etməyib.

Proses noyabrın 28-də şahidlərin ifadələri ilə davam etdiriləcək.

Milli Təhlükəsizlik Nazirliyi (MTN) oktyabrın 5-də "Xural" qəzetinin baş redaktoru Zeynallının Bakıdan çıxmasına qadağa qoyub. Zeynallı barəsində MTN-in İstintaq Baş İdarəsi başqa yerə getməmək barədə qətimkan tədbiri seçib və dilindən iltizam alınıb.

Xəbər lenti

Xəbər lenti