...

Fərid Məmmədovu "Show time"dan uzaqlaşdırmaq istəyirəm - prodüser Asif Kərimov

Cəmiyyət Materials 21 Noyabr 2007 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 noyabr /müx. TrendLife Fəridə Məhərrəmqızı/

"Show time"da həyəcan artır. Bazar ertəsi müsabiqənin iştirakçı Nigar Quliyeva az SMS topladığından, sona qaldı. Əgər cümə günü tamaşaçılar onun oyunda qalmasını dəstəkləməsələr, xanım iştirakçı layihəni tərk edəcək. Bəs, görəsən Nigar oyunda qalsa, onun prodüseri Asif Kərimov yarışmadan kimi uzaqlaşdıracaq?

TrendLife-ın sualını cavablandıran Asif bildirdi ki,Anar Mədətovun komandasından Miravari, Günel və Zaurun, Namiq Qafarovun komandasından Könül və Eminin, Tolikin uşaqlarından Səbirənin çıxışı onu qane edir. Öz iştirakçılarındansa, ən çox Nigar və Turanı bəyənir.

"Burda mənim komandamın üzvlərindən başqa bütün iştirakçılar müğənnidirlər. Layihəyə gələn gündən bilirdim ki, iştirakçılarım sona qala bilərlər. Çünki onların maddi imkanı güclü olan qohum-əqrabaları yoxdur ki, çoxlu SMS göndərsinlər. Nigara gəldikdə isə, onun anasından başqa heç kimi yoxdur. Çalışacağam ki, ona hər zaman dəstək olum. Ümidvaram ki, Nigar layihədən uzaqlaşmayacaq. Tamaşaçılar ona dəstək olsalar, Anar Mədətovun komandasından Fərid Məmmədovu uzaqlaşdıracam. Fərid zəif çıxış edir. Hamımızın komandasından üç nəfər qalıb. İstəyirəm .Anarın da komanda üzvləri azalsın".

Xəbər lenti

Xəbər lenti