...

Ukraynalıların təcrübəsi bizim üçün yenilik deyil – Faiq Sücəddinov

Cəmiyyət Materials 22 Noyabr 2007 16:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 noyabr /müx. TrendLife Günel Əhmədova/

Azərbaycandan "Eurovision"a namizəd iştirakçıların noyabrın sonunda Ukraynada çıxışı barədə yayılan xəbərə münasibətini bildirən bəstəkar Faiq Sücəddinov informasiyanı təkzib edib. Xalq aristi bildirib ki, təşkilat komitəsinin üzvüdür,amma, bu barədə məlumatı yoxdur. Xatırladaq ki, müsabiqənin finalına vəsiqə qazanmış Emil Əliyev, Səbinə Babayeva, "Sinq your sonq" müsabiqəsinin qalibi Elnur, "Uniformal" rok qrupu, "Akademiya" müsabiqəsinin iştirakçıları Aytac Cəfərova və Xəyyam Mustafazadənin Ukraynada nəzərdə tutulan birgə konsertlərinin beynəlxalq müsabiqəyə hazırlıq məqsədi daşıdığı bildirilir.

TrendLife-ın müxbiri ilə söhbətində bəstəkar əlavə etdi ki, "Eurovision"da meyarlar tez-tez dəyişir: "Yəni, bizə hansı göstəricilərin keçərli olacağı məlum deyil. Bu səbəbdən, iştirakçılar arasında son seçimə tələsmirik. Ola bilər ki, ucaboylu bir qızın çıxışı bizə uğur gətirməyə bilər. Ukraynada konsert proqrammı, ola bilsin ki, kiminsə ideyasıdır. Bu haqda bizim bilgimiz yoxdur. Təşkilat komitəsinə yarımfinala vəsiqə qazanmış iştirakçıların sonrakı fəaliyyəti ilə bağlı heç bir məlumat verilməyib. Belə olsa, namizədlərin Ukrayna səhnəsində çıxışı onlara heç nə qazandırmayacaq. Çünki onları ukraynalı Ruslananın adamları ilə birlikdə seçmişik və onlar lazımi məsləhətlərini veriblər. Fikirlərimiz üst-üstə düşüb və onların təcrübələri bizim üçün yenilik deyil. Avropa ilə ayaqlaşmaq üçün daha yaxşı düşünməliyik".

Xatırladaq ki, müsabiqə üçün Faiq Sücəddinov, Eldar Mansurov, İlham Abdullayev, Tünzalə Ağayeva və Gövhər Həsənzadəyə mahnılar sifariş verilib. Bunlardan biri seçilərək, beynəlxalq müusabiqədə səsləndiriləcək. Faiq Sücəddinov deyib ki, mahnılar hazırlıq prosesindədir. Onun fikrincə, vacib olan iştirakçının seçimidir. Bəstəkar 6 iştirakçı arasında son seçim turunun vaxtının hələ müəyyən olunmadığını söyləyib və bildirib ki, Gənclər və İdman naziri Azad Rəhimovun açıqlamasından sonra dəqiq tarix bəlli olacaq.

Xəbər lenti

Xəbər lenti