...

Dünya Kubokundakı iki azərbaycanlı qrossmeysterlərin ilk çıxışları ruslarla olacaq

Cəmiyyət Materials 23 Noyabr 2007 18:04 (UTC +04:00)

Azərbaycan, Bakı /. Trend , müxbir Z.Səfərov / Noyabrda Xantı - Mantiyskdə start götürəcək Dünya Kubokunda iştirak edəcək üç azərbaycanlı qrossmeysterdən ikisi öz görüşlərini Rusiyadan olan rəqiblərə qarşı keçirəcəklər. Trend - in verdiyi xəbərə görə, Teymur Rəcəbov 1/64 final çərçivəsində, Vladimir Qenboy ilə ustalığını sınayacaq. Rauf Məmmədovsa, lövhə arxasında Yevgeni Tomaşevskiyə qarşı əyləşəcək. Yalnız misirli rəqib Xaled Abdel Raziklə oynayacaq Şəhriyar Məmmədyarov istisna təşkil edir. Bununla yanaşı, azərbaycanlı şahmatçılar Kritdə başa çatan Avropa komanda Çempionatının bürünc mükafatçılarıdır. Hər görüş iki gün davam edəcək iki partiyadan ibarət olacaq. Əgər rəqiblər bu vaxt ərzində güclünü müəyyən edə bilməsələr, oyunun taleyi taym - breykdə həll olunacaq.

Xəbər lenti

Xəbər lenti