...

Mənim məqsədim – Dünya Kubokun qazanmaqdır - Teymur Rəcəbov

Cəmiyyət Materials 26 Noyabr 2007 18:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov / Xantı - Mantiyskdə start götürən şahmat üzrə Dünya Kubokunun əsas favoritlərindən biri azərbaycanlı qrossmeyster Teymur Rəcəbovdur. İdmançı yarışa uğurla başlayıb və iki partiyada rusiyalı Vladimir Qembuya qalib gələrək, 1/32 finala çıxıb. Trend agentliyinə müsahibəsində o, oyunun keçirlidiyi nokaut sisteminin mənfi cəhətləri və təəssüratlarını bölüşüb.

Teymur, birinci oyun necə keçdi?

Mən birinci dövrəni keçdim, amma zirvəyə yol indi başlayır.Oyunun keçirildiyi sxemi də nəzərə alsaq, irəlidə daha çətin olacaq. Nokaut sistemli turnirdə oynamaq fiziki cəhətdən bir qədər asandır amma o, bir qədər lotoreya oyununu xatırladır. Çünki tarixdə çox güclü şahmatçıların yarışı ilkin mərhələdə tərk etdiyi və ya yarışların əsas cədvəlinin girəcəyində autsayderlərə uduzduğu hallar az olmayıb. Yəni, demək olar ki, bütün mütəxəssilərin də razılaşdığı nokaut sisteminin mənfi cəhəti -təsadüf amilinin böyük olmasıdır. Bir məğlubiyyətə top - sinfin hər şahmatçısı düçar ola bilər.Amma nokaut sistemi üzrə Dünya Kubokunda bir oyun uduzmusansa, yarışdan çıxa və dünya birinciliyinə seçim üçün bir neçə il vaxt itirə bilərsən.

Deməli, sən bu sistemin əleyhinəsən...

Mən real olaraq, dünya çempionu adı uğrunda mübarizə aparmağa qadir peşəkar şahmatçı kimi, Dünya Kubokunu qazanmağı qarşıma məqsəd qoyuram. Əgər mən Xantı - Mantiyskdə birinci yeri tutmasam, qalan məsələlər mənimçün bir məna kəsb etmir.

Deməli, FİDE şahmatçılara seçim qoymur?

Mən hesab edirəm ki, dünya birinciliyinin keçirilməsi nöqteyi - nəzərindən, FİDE - nin bütün sistemi düzgü deyil. Axı iddialıların turniri öz aralarında oynayacaq iyirmi - otuz qrossmeysterin iştirakı ilə keçirilməlidir. Lakin yarışda, fərz edək ki, 5 malay və 8 vyetnamlının da daxil olduğu 128 şahmatçı iştirak edir. Bu autsayderlərin birinci dövrədən irəli getməyə heç bir şansı yoxdur. Onların, yalnız başqa bölgüdə birinci ola biləcək şahmatçını lotoreya sistemi üzrə vurub çıxartmaq imkanı var. Axı aparıcı qrossmeysterlərin müxtəlif oyun xüsusiyyətləri var. Məsələn, bəzilərinin hərəktə gəlməyə ehtiyacları var və ona görə, ilk partiyaları lazımi şəkildə keçirmirlər. Və bütün bu faktorlar Dünya Kubokunda böyük rol oynamağa başlayır, baxmayaraq ki, belə yarışlarda birinci plana şahmat faktorları - kim güclüdür o da qalib gəlir prinsipi çıxmalıdır. Həmişə belə olub və dünya çempionatının legitimliyi heç vaxt şübhə altına qoyulmurdu. Belə ki, ona qarşı, həqiqətən, güclü namizəd oynamağa çıxırdı.

Bəlkə onda köhnə sistemi qaytarmaq məqsədəuyğundur?

24 ya da 16 partiyadan ibarət çempion oyunlarının keçirilməsi sxemi öz dövrünü yaşayıb. Şahmat elə bir səviyyəyə yüksəlib ki ,o, belə uzun döyüşlərin hesabına "qurudula bilməz" . İndi 6 - 7 partiya tamamilə qəbul edilən rəqəmdir. Əgər dünya çempionu Vladimir Kramniklə görüşmək hüququ uğrunda gedirsə, maksimum on -- nokaut sisteminə nisbətən daha dəqiq sistemdir.

Xəbər lenti

Xəbər lenti