Azərbaycan, Bakı, 27 noyabr /müx. TrendLife Eldar Hüseynzadə/
Rejissor və prodüser Cavid İmamverdiyev keçən həftə "Yaddaş" sənədli filmlər studiyasına direktor vəzifəsinə təyin olunub. Bu xəbər həm gözlənilməz, həm də sevindirici oldu. O, öz təəssuratlarını TrendLife-la bölüşdü: "Hazırda gələn il üçün iki sənədli film üzərində işləyirəm. Çox istərdim ki, "Qaya" əfsanəvi qrupu və "Parni iz Baku" komandası haqqında sənədli film çəkim. Bundan əlavə, "Yaddaş" adlı sənədi film çəkməyi də planlaşdırıram. Adıçəkilən sənədli filmdə dünyasını dəyişmiş aktyorlardan da bəhs olunacaq".