...

Rasim Balayev psixoloji filmə çəkilmək istəyir

Cəmiyyət Materials 27 Noyabr 2007 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 noyabr /müx. TrendLife Günel Əhmədova /

Kino yaradıcılığı barədə TrendLife-a danışan xalq artisti Rasim Balayev deyib ki, tragikomik və psixoloji məzmunda filmlərə çəkilmək istəyir. Komediya janrlı filmlərə bir o qədər maraq göstərmədiyini vurğulayan aktyor dəfələrlə bu xarakterli təkliflərdən imtina etdiyini söyləyib. Bu janrın onun təbiətinə bir o qədər yaxın olmadığını qeyd edən xalq artistinin daha bir etirafını dinlədik. O dedi ki, dəfələrlə film çəkməklə bağlı dostlarının məsləhətini eşitsə də, buna bir o qədər əhəmiyyət verməyib. Aktyorun fikrincə, onun belə bir istedadı olmadığı üçün, özünü heç vaxt kamera arxasında görmək istəməyib.

Balayev sonda belə bir açıqlama da verdi ki, gələn il onun arzuları çin olacaq. Barəsində geniş danışmağın hələ tez olduğunu diqqətə çatdıran aktyorun fikrincə, tezliklə o, psixoloji məzmunlu filmdə rol alacaq. Ekran işinin gələn ildən başalyaraq çəkiləcəyini deyən R.Balayevdən filmdə baş rolu ifa edəcəyini öyrəndik.

Xəbər lenti

Xəbər lenti