...

Narkotik maddə saxlamaqda ittiham olunan azərbaycanlı reperin məhkəməsi başlayıb

Cəmiyyət Materials 28 Noyabr 2007 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbaliyeva/ Narkotik maddə saxlamaqda ittiham olunan Azərbaycanın rep ulduzu Elşad Xosenin çərşənbə günü məhkəməsi başlayıb.

Bakının Yasamal rayon məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə Xosenin cinayət işi üzrıə hazırlıq iclası keçirilib.

Xose bu ilin sentyabrında Yasamal rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı saxlanılıb və üzərindən narkotik maddə olan heroin tapılıb. Reper barəsində Cinayət Məcəlləsinin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama (234.1-ci) maddəsi ilə cinayət işi açılıb və məhkəmənin qərarı ilə 2 aylıq müddətə həbs qətimkan tədbiri seçilib.

Xosenin vəkili Saleh Əliyevin verdiyi vəsatət əsasında reperin barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Hacırlıq iclasının qərarı ilə Xosenin işi üzrə məhkəmə baxışı dekabrın 5-nə təyin olunub.

Narkoloyi rəyə əsasən, Xosenin narkomaniya xəstəsi olduğu təsdiqlənib. Lakin onun özünə tənqidi münasibəti, narkotikadan zəhərlənmə əlaməti olmadığından narkomaniyadan Xosenin məcburi müalicəyə ehtiyacı olmadığı müəyyənləşdirilib.

Xəbər lenti

Xəbər lenti