...

Mən onu əsl kişi görmək istəyirəm - Brilyant Dadaşova

Cəmiyyət Materials 29 Noyabr 2007 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 noyabr /müx. TrendLife Cavid Osmanov/

Şou-biznes ulduzları övladlarını necə tərbiyə edirlər? TrendLife bu sualla tanınmış müğənni Brilyant Dadaşovaya müraciət edib:

-Bu çox çətin sualdır. Oğlum gedəndən sonra başa düşdüm ki, o, yaradıcılığımla, yaşayışımla, depressiyadan çıxmağımla bağlı məsələlərdə mənə çox kömək edirmiş. Körpə olanda çalışırdım onu az danlayım. Maymaq olmasını istəmirdim. Mən oğlumu əsl kişi görmək istəyirəm. Ümumiyyətlə, oğlan uşağını böyütmək çox çətindir. Ən əsası onun kişi xasiyyətli, mülayim, dürüst olmasıdır. O, hansısa tanınmış bir ulduzun oğludursa, bu cəhətlər onda ikiqat olmalıdır.

Xəbər lenti

Xəbər lenti