...

Qrossmeyster Levon Aronyan Dünya Kubokunu reytinq – favoriti olub

Cəmiyyət Materials 3 Dekabr 2007 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir Z.Səfərov/ Ermənistanlı qrossmeyster Levon Aronyan Xantı - Mansiyskdə davam edən Dünya Kubokunun əsas favoriti olub. Turnir cədvəlindən ukraynalı Vasili İvançuk, azərbaycanlı Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov çıxdıqdan sonra, qələbəyə əsas iddialılar arasında ən yüksək reytinq Aronyana məxsusdur. Buna baxmayaraq, mütəxəssislərin əksəriyyətinin rəyinə görə, yarışda Veselin Topalovla iddia oyunu oynamağa hüquq verən qələbəyə digər qrossmeysterlər də iddialıdırlar. Onların sırasında İspaniyanı təmsil edən Alekse Şirov, rusiyalı Pyotr Svidler, ingilis Maykl Adams, ukraynalı Ruslan Ponamarev, rumın Liviu - Diter Nisipyanu və başqa şahmatçılar var.

Xəbər lenti

Xəbər lenti