...

Məhkəmədə Naxçıvanın polis rəisi ilə fotomüxbir arasında barışıq olub

Cəmiyyət Materials 4 Dekabr 2007 17:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Naxçıvan Muxtar Respublikası polis idarəsinin rəisi Səbuhi Novruzovun "Azadlıq" radosunun Naxçıvan şəhərindəki fotomüxbiri İlqar Nəsibova qarşı şikayəti üzrə məhkəmə işinə xitam verilib. Bu barədə Trend ə Nəsibov məlumat verib.

Naxçıvan şəhər məhkəməsində hakim Ülvi İsmayılovun sədrliyi ilə keçən iclasda tərəflərə barışıq təklif olunub. Məhkəmədə məlum olub ki, tərəflər arasında anlaşılmazlıq baş verib və buna görə də iddiaçı tərəf öz iddiasını geri götürüb.

Fotomüxbir Naaxçıvanın polis rəisinin müavini Əşrəf İbrahimovdan prezident İlham Əliyevə şikayət məktubu yazıb. Şikayətində bildirib ki, noyabrın 4-də Naxçıvan şəhərindəki ticarət mərkəzinin işçilərinin keçirdiyi etiraz aksiyası zamanı fotoreportaj hazırlayan müxbirə polis idarəsinin rəis müavini İbrahimov tərəfindən təzyiq edilib.

Lakin bu şikayətin idarənin rəisi Novruzov barəsində verildiyini zənn ediblər. Ona görə də Novruzov fotomüxbiri məhkəməyə verib.

Bu gün keçirilən məhkəmə iclasında məlum olub ki, fotomüxbir polis idarəsinin rəisindən deyil, onun müavinindən dövlət başçısına şikayət edib. Anlaşılmazlıq aradan qaldırılıb və şikayətə xitam verilib.

Xəbər lenti

Xəbər lenti