...

Azərbaycanlı şahmatçılar 1/4 finala çıxmağa layiq idilər - ukraynalı qrossmeyster

Cəmiyyət Materials 6 Dekabr 2007 14:47 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ "Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov öz dərəcələrinə görə 1/4 finala çıxmağa layiq idilər" - ukraynalı qrossmeyster Serqey Karyakin Trend ə Xantı-Mansiyskdə davam edən Dünya Kubokunda azərbaycanlı qrossmeysterlərin iştirakını şərh edərkən bildirib. O, nokaut sistemli yarışlarda hadisələrin istənilən şəkildə inkişaf etdiyini qeyd edib. "Əlbəttə, Şəhriyar və Teymurun ustalıqları hamıya məlumdur. Onlar favoritlərdən hesab olunsalar da, reallıq başqa cür oldu. Mən ümumiyyətlə hesab edirəm ki, olimpiada sistemi son turnirdə deyil, seçim mərhələlərində istifadə edilməlidir. Böyük təsadüf amili meydana gəlir və heç də həmişə güclü zəifə qalib gələ bilmir" - Dünya Kubokunun 1/4 fınalına çıxan Karyakin bildirib.

Xəbər lenti

Xəbər lenti