...

Azərbaycanda yeni katolik kilsəsinin açılışı gələn ilin fevral ayına nəzərdə tutulub

Cəmiyyət Materials 6 Dekabr 2007 15:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend S.Ağayeva / Azərbaycanda yeni katolik kilsəsinin açılışı gələn ilin fevral ayına nəzərdə tutulub. Bu barədə cümə axşamı Roma katolik kilsəsinin Azərbaycandakı təmsilçisi Yan Çapla məlumat verib.

Paytaxtın Nobel prospektində yerləşən (Nobol prospekti, 10) kilsə Roma katolik kilsəsi tərəfindən inşa olunub və 250-yə yaxın ziyarətçiyə xidmət göstərir. Bu gün Azərbaycan cəmiyyətində məhz bu qədər katolik var.

Həmçinin bu sayda Azərbaycanda yaşayan və işləyən əcnəbi katolik mövcuddur ki, onlar da bu kilsəyə gələnlər sırasındadır.

Azərbaycanda tikilən kilsənin açılış mərasimində iştirak etmək üçün Vatikanın dövlət katibi Tarçizio Bertonenin Bakıya səfəri gözlənilir. Yan atanın verdiyi məlumata görə, səfər zamanı dövlət katibi Bakıda Azərbaycanla siyasi əməkdaşlığın perspektivlərini müzakirə etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti