...

Azərbaycanlı taekvondoçular Koreyada təlim məşq toplantısını davam etdirirlər

Cəmiyyət Materials 8 Dekabr 2007 13:38 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Azərbaycanın taekvondo üzrə yığması yanvarda İstanbulda baş tutacaq lisenziya turnirinə hazırlıq çərçivəsində təlim məşq toplanısını davam etdirir. Avropa çempionu Niyaməddin Paşayev və İlkin Şahbazov (67 kq), Afina Olimpiadasının iştirakçısı Rəşad Əhmədov (80 kq), sonuncu Dünya birinciliyinin bürünc mükafatçısı Təvəkkül Bayramov (+80 kq) sübh təravəti ölkəsində - Koreyadadırlar. Asiyadakı hazırlıq nəticəsində başda Ələkbər İmaməliyev olmaqla məşqçi heyəti Türkiyədə çıxış edəcək komandanın tərkibini müəyyənləşdirəcək. Kişilərin mübarizəsində hər ölkəni iki oyunçunun təmsil etməsini nəzərə alsaq, məşqçi üçün seçim çətin olacaq. Taekvondoçuların İstanbuldakı çıxışı Olimpiadaya buraxılış almaq üçün axırıncı şansdır.

Xəbər lenti

Xəbər lenti