...

"Azadlıq" radiosunun əməkdaşının həbsi peşə fəaliyyəti ilə bağlı deyil - ombudsman (video)

Cəmiyyət Materials 9 Dekabr 2007 18:08 (UTC +04:00)
"Azadlıq" radiosunun əməkdaşının həbsi peşə fəaliyyəti ilə bağlı deyil - ombudsman (video)

Azərbaycan, Bakı / müxbir Trend K.Zərbalıyeva / "Azadlıq" radiosunun jurnalistinin həbsi onun jurnalist fəaliyyəti ilə bağlı deyil. Bunu bazar günü jurnalistlərə açıqlamasında ombudsman Elmira Suleymanova deyib. "Azadlıq" radiosunun Naxçıvan numayəndəliyin əməkdaşı İlqar Nəsibov bir neçə gün öncə məhkəmənin hökmü ilə 3 ay müddətinə məhkum olunub. Lakin rəsmi orqanlar onun həbsinin səbəblərini açıqlamır. Ombudsman bildirib ki, Nəsibovun həbsminin araşdırmaq məqsədi ilə prezident aparatı və Naxçıvan Muxtar Respublikasıneın Ali Məclisinin sədri Vasif Talıbovla telefon əlaqəsi saxlayıb. Ona, İlqar Nəsibovun həbsinin səbəbi barəsində xəbər verilib. Ombudsman jurnalistlərə Nəsibovun səbəblərini açıqlamayıb və bildirib ki, bu məsələni hələlik tam araşdırmayıb və telefonla verilən rəsmi məlumat olmadığı üçün bu barədə mətbuata məlumat verə bilməz.

"Mən özüm bu işlə bağlı tam məlumatlı deyiləm, Nəsibovun həbsi ilə bağlı əlimdə sənədlərin olmadığı üçün telefonla eşitdiklərimi deyə bilmərəm. Jurnalistin həbsi ilə bağlı araşdırmalar başaçatandan sonra mətbuata məlumat veriləcək. Mənə verilən məlumata görə onun həbsi jurnalist fəaliyyəti ilə bağlı deyil", - deyə ombudsman vurğulayıb. Ombudsman jurnalistə yeni ittihamların veriləcəyini istisna etmir. O, həmçinin bildirib ki, İ.Nəsibova ailəsilə görüşə şərait yaradılması üçün NMR əlaqədar strukturlarına müraciət edəcək. İ.Nəsibovun həyat yoldaşı şənbə günü onunla görüşmək üçün icazə istəsədə ona icazə verilməyib.

Hazırda Azərbaycanda peşə fəaliyyəti ilə 9 jurnalist cəzalandırılıb. Onlardan 8 məhkəmənin hökmü ilə məhküm olunub, 1 barəsində isə həbs qəti imkan tədbiri seçilib. Məhkum olunan jurnalistlərin əkssəriyyəti təhqir və böhtan cinayətlərində ittiham olunurlar.

Xəbər lenti

Xəbər lenti