...

Nazir müavini insan alverini himayə edən şəxslər sırasında tanınmış şəxslərin olduğunu istisna etməyib(video)

Cəmiyyət Materials 11 Dekabr 2007 12:47 (UTC +04:00)
Nazir müavini insan alverini himayə edən şəxslər sırasında tanınmış şəxslərin olduğunu istisna etməyib(video)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbalıyeva/ Azərbaycanda insan alveri qurbanları Türkiyə, Birləşmiş Ərəb Əmirliyi, Hindistan və İrana aparılır. Bu barədə çərşənbə axşamı jurnalistlərə açıqlamasında daxili işlər nazirinin müavini Vilayət Eyvazov məlumat verib.

Azərbaycanda insan alveri qurbanları sırasında qadınların üsünlük təşkil etdiyini deyən nazir müavini bildirib ki, onların yaş hədii 18-40 arasındadır. Azərbaycana isə Orta Asiya, Rusiya, Ukrayna və Moldovadan insan alveri məqsədi ilə qadınlar gətirilir və Azərbaycandan tranzit vasitəsi ilə digər ölkələrə aparılırlar. Eyvazov bildirib ki, insan alveri qurbanları iş və nikaha girmək adı altında Azərbaycandan çıxarılır və bu qadınların heç biri ölkədən çıxarkən insan alveri qurbanlarına çevriləcəklərini bilmirlər.

İnsan alveri qurbanları sırasında ötən il və bu il azyaşlılara rast gəlinmədiyini deyən Eyvazov bildirib ki, uşaqlarla bağlı 2004-cü ildə 3, 2005-də 1fakt qeydə alınıb. Nazir müavini insan alverinə görə məsuliyyətə cəlb olunan şəxslər arasında dövlət məmurları və vəzifəli şəxslərin olmadığını bildirib. Lakin insan alverini himayə edən şəxslər sırasında tanınmış şəxslərin olduğunu da istisna etməyib

"İnsan alverini himayə edən şəxslər arasında tanınmış şəxslər ola bilər. Onların adlarının istintaqdan kənar yerdə çəkilməsinin tərəfdarı deyiləm" - deyə nazir müavini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti