Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Milli Televiziya və Radio Şurasının (MTRŞ) çərşənbə axşamı keçirilən iclasında Azərbaycanda regional telekanalın fəaliyyəti üçün lisenziya verilməsinə dair qərar çıxarılıb. MTRŞ sədri Nuşirəvan Məhərrəmli Trend ə bildirib ki, iclasda "Aygün"TV-yə növbəti 6 il üçün lisenziya verilib.
Azərbaycanda 14 regioanl telekanal fəaliyyət göstərir.
İclasda, həmçinin "Space" telekanalında aparılan monitorinqin nəticələri açıqlanıb. Məhərrəmli deyib ki, telekanal rəhbərliyinə, reklama qoyulan tələblərlə bağlı qanunu pozduğuna görə, xəbərdarlıq edilib.
MTRŞ ötən həftələrdə ANS və ATV telekanllarında aparılan monitorinqin nəticələrini açıqlayıb. Qurum rəhbərliyi, fəaliyyətləri zamanı "Televiziya və radio yayımı haqqında" Qanunun tələblərini qismən pozduğuna görə, həmin telekanallara xəbərdarlıq göndərib.