...

Filmlərin əcnəbi dillərdə yayımlanmaması ilə bağlı telekanalların heç birinə güzəştə gedilməyəcək- Azərbaycan Teleradio Şurasının sədri

Cəmiyyət Materials 11 Dekabr 2007 17:59 (UTC +04:00)
Filmlərin əcnəbi dillərdə yayımlanmaması ilə bağlı telekanalların heç birinə güzəştə gedilməyəcək- Azərbaycan Teleradio Şurasının sədri

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda fəaliyyət göstərən telekanllarda filmlərin yalnız ana dilində verilməsi üçün telekanal rəhbərliyinə sonuncu xəbərdərlıq edilib. "Gələn ilin əvvəlindən telekanallarda filmlərin ana dilində yayımlanmasına ciddi nəzarət həyata keçiriləcək və heç bir telekanala güzəştə gedilməyəcək"- çərşənbə axşamı Trend ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.

Bu il martın 14-də MTRŞ-nin iclasında Azərbaycanda fəaliyyət göstərən telekanallarda 2008-ci ilin yanvarın 1-dən, əcnəbi dillərdə filmlərin (bədii, sənədli) nümayişinin tamamilə qadagan olunmasına dair qərar çıxarılıb. Qərarda türk dili, başadüşülən olduğundan, əcnəbi dillər siyahısına salınmayıb. Teleradio Şurası qərarında qeyd edib ki, gələn ildən telekanallar bütün filmləri Azərbaycan dilinə dublyaj etməlidir. Qərara tabe olmayan telekanalların fəaliyyətinə xitam veriləcək.

Məhərrəmlinin sözlərinə görə, bazar ertəsi telekanal rəhbərlərinin iştirakı ilə Mədəniyyət və Turizm Nazirliyində keçirilən toplantıda əcnəbi dillərdə filmlərin qadağan olunmasının qüvvədə qaldığı bildirilib. Toplantıda iştirak edən Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, hökumət Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan "Dublyaj" studiyasının tam gücü ilə fəaliyyət göstərməsi üçün maliyyə yardımı edəcək.

Xəbər lenti

Xəbər lenti