...

Bütün azərbaycanlı zəvvarlar sağ-salamat Səudiyyə Ərəbistanına çatıblar

Cəmiyyət Materials 12 Dekabr 2007 18:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva / Bütün azərbaycanlı zəvvarlar sağ-salamat Səudiyyə Ərəbistanına çatıblar və tədricən, lazımi ayinlərin icrasına başlayırlar. Bu barədə çərşənbə günü Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumatda bildirilir.

Azərbaycan zəvvalarından ibarət sonuncu təyyarə bu gün zəvvarları bütün müsəlman aləminin müqəddəs torpağına çatdırıb. Səudiyyə Ədəbistanına yerüstü nəqliyyatla getməyə üstünlük verən zəvvarlar bu gün Mədinədən Məkkəyə yola düşüb, ikinci avtobus karvanı isə, Mədinəyə çatıb.

Bu il Azərbaycandan 6 min zəvvar həcc ziyarətinə yola düşüb. Artıq QMİ tərəfindən ayrılmış 4500 yerlik kvota dolub, qalan yerlər həcc ziyarətinin təşkili ilə məşğul olan özəl turist şirkətləri tərəfindən tutulub.

Xəbər lenti

Xəbər lenti