...

Rüşvət almaqda günahlandırılan jurnalistin işi məhkəməyə göndərilib

Cəmiyyət Materials 13 Dekabr 2007 13:32 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbalıyeva/ Rüşvət almaqda ittiham olunan "Bizim yol" qəzetinin əməkdaşı barəsindəki cinayət işi məhkəməyə göndərilib.

Müşfiq Hüseynov iyulun 24-də Yasamal rayonu ərazisində yerləşən "Qurd qapısı" restoranında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının rəhbəri Rizvan Əliyevdən 3500 dollar rüşvət alarkən xüsusi əməliyyat nəticəsində həbs olunub. Barəsində Yasamal rayon məhkəməsi 3 aylıq həbs qətimkan tədbiri seçib və Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.

Hüseynovun vəkili Vüqar Xasayev cümə axşamı Trend ə bildirib ki, cinayət işinin materialları ilə tanışlıq başa çatıb.

Cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılacaq.

Fakla bağlı Cinayət Məcəlləsinin rüşvət alma (311.1) maddəsi ilə cinayət işi qaldırılıb.

Jurnalistin işi üzrə istintaqı Respublika Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi aparıb. Hüseynov hazırda 1 saylı Bayıl istintaq təcridxanasında saxlanılır.

Xəbər lenti

Xəbər lenti