...

Ombudsman ABŞ_ın ölkəmizdəki səfirini qəbul edib

Cəmiyyət Materials 14 Dekabr 2007 20:21 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , Azərbaycanın İnsan Haqlvrı üzrə Müvəkkili Elmira Süleymanova ABŞ -ın ölkəmizdəki səfiri Enn Dersi qəbul edib. Tərəflərin sayca ikinci olan bu görüşündə,İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) həyata keçirilməsində dövlət orqanları, vətəndaş cəmiyyəti ,QHT-lər,beynəlxalq qurumlarla sıx əlaqədə fəaliyyət göstərməyin zəruriliyi qeyd olunub.Səfir Azərbaycanda KİV-in durumu ilə bağlı danışaraq, jurnalist peşəkarlığının artvrvlmasının vacibliyini vurğulayıb, bu sahədə mövcud problemlərin sivill yollarla həllinin zəruriliyinə toxunub.Ombudsman bü istiqamətdə görülən işlərin diqqət mərkəzində olduğunu qonağın nəzərinə çatdırıb və səfiri marəqlandıran bir sıra məsələlərə -vətəndaş cəmiyyəti ilə əməkdaşlıq, siyasi məhbuslar problemi ,sərbəst toplaşma azadlığı, seçki hüququnun təmin olunması və s.-aydınlıq gətirib.Görüş fikir mübadiləsi şəraitində keçib.

Xəbər lenti

Xəbər lenti