Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Dama üzrə dünya çempionu Uzeyir Abdullayev Sankt-Peterburqda yerləşən Şahmat və Dama Sənəti Akademiyası üzvlərinin sıralarına daxil olub.
İdmançının Trend ə verdiyi məlumata görə, bu təşkilata üzvlük hüququnu bu idman növlərinin inkişafında daha çox xidməti olan məşhur qrossemeysterlər və tanınmış idman ustaları əldə edirlər. Abdullayev öz növbəsində Bakıda keçirilən 64 xanalıq dama üzrə mundialın qalibi olub və Akademiya onu öz sıralarına qəbul edib. Dəfələrlə Azərbaycan çempionatının qalibi və müxtəlif beynəlxalq yarışların mükafatçısı olan qrossmeyster, 106-cı sıra nömrəsini alıb.
Onu da bildirək ki, Anatoli Karpov, Aleksandr Xalifman və digər məşhur idmançılar Akademiyanın üzvləridirlər.