...

Azərbaycan QİÇS-lə mübarizədə BMT-nin dəstəyini alacaq ölkələrin siyahısına daxil ediləcək(video)

Cəmiyyət Materials 15 Dekabr 2007 12:50 (UTC +04:00)
Azərbaycan QİÇS-lə mübarizədə BMT-nin dəstəyini alacaq ölkələrin siyahısına daxil ediləcək(video)

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva/ Azərbaycan QİÇS-lə mübarizədə BMT-nin dəstəyini alacaq ölkələrin siyahısına daxil ediləcək. BMT-nin Asiya və Sakit Okean ölkələrində HİV-QİÇS üzrə xüsusi nümayəndəsi Nafiz Sadıq Azərbaycanda QİÇS-ə yoluxma səviyyəsi ilə tanış olduqdan sonra belə bir qərarla çıxış edib.

Şənbə günü Bakıya səfərinin yekunlarına həsr olunmuş brifinqdə Sadıq bildirib ki, Azərbaycanda QİÇS-lə bağlı vəziyyət narahatlıq doğurur. Sadıq bu məsələni Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə görüşdə müzakirə edib. "Biz QİÇS-lə mübarizədə yeni yanaşmalardan istifadə imkanlarını nəzərdən keçirmişik. BMT əhalinin maarifləndirilməsi və texniki yardım vasitəsilə bu məsələdə Azərbaycana kömək edə bilər" - deyə Sadıq bildirib.

Rəsmi statistikaya görə, bu il Azərbaycanda 300-dən çox HİV-ə yoluxma faktı aşkarlanıb. Hazırda ölkədə 1200-dən çox HİV-ə yoluxmuş şəxs qeydə alanıb. Rəsmi statistik məlumata görə, 1987-ci ildən bugünədək bu xəstəlikdən 192 nəfər vəfat edib.

Xəbər lenti

Xəbər lenti