...

Mənim sevgilim əsl azərbaycanlı qızı olmalıdır - müğənni Elnur

Cəmiyyət Materials 17 Dekabr 2007 11:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr /müx. TrendLife Cavid Osmanov/

Yerli şou-biznes məkanında subay müğənnilərimiz çoxdur. Bu dəfə TrendLife-ın "Sən nə vaxt evlənəcəksən?" sualına müğənni Elnur tuş gəldi.

-Hər şeyin öz vaxtı, öz zamanı var.

-Evlənmə vaxtını sizcə necə təyin etmək olar?

-Hər şey imkandan asılıdır. Mən özümü ailə həyatına hazır hiss etmirəm.

-Siz öz sevgilinizi necə görmək istərdiniz?

-Mənim sevgilim əsl azərbaycanlı qızı olmalıdır. O, gərək ailəsini sevsin və mənə sadiq olsun. Valideynlərin qız seçib, bəyənməsini isə normal hesab edirəm.

-Bəs siz nə vaxtsa plastik əməliyyat üçün cərraha müraciət edərdiniz?

-Əlbəttə yox. Bu qadınlara məxsus bir şeydir. Əgər kişilər də plastik cərrahiyyə əməliyyatı etdirirlərsə, bu, onların şəxsi işidir.

.

Xəbər lenti

Xəbər lenti