...

Polis idarələrində ictimaiyyətlə əlaqələr şöbəsi açılmalıdır

Cəmiyyət Materials 17 Dekabr 2007 15:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Polis orqanları ilə kütləvi informasiya vasitələri arasında əlaqələrin inkişafı üçün rayon, şəhər polis idarələrində ictimaiyyətlə əlaqələr şöbəsi açılmalıdır. Bu barədə bazar ertəsi "Jurnalistlər ekstremal şəraitdə" İctimai Birliyi ilə ATƏT-in birgə həyata keçirdiyi "KİV və polis orqanları arasında əlaqələrin tənzimlənməsi" layihəsi çərçivəsində təşkil olunmuş tədbirdə ATƏT-in Azərbaycandakı səfiri Xose Luis Ansello Harero bildirib.

O qeyd edib ki, layihə çərçivəsində polis orqanları əmakdaşları ilə birgə keçirilən Dəyirmi masalarda KİV-lə əlaqələrin inkişaf etdirilməsi üçün bir sıra təkliflər irəli sürülüb. Onun sözlərinə görə, baş vermiş kriminal hadisələrdən sonra polis idarə rəislərinin və digər vəzifəli şəxslərin mətbuat konfransları və brifinq keçirmələri təklif olunur. Harero bu istiqamətdə irəli sürülən bütün təklifləri ATƏT-in Bakı ofisinin dəstəklədiyini və lazımi köməyi göstərməyə hazır olduğunu vurğulayıb.

Layihə çərçivəsində Bakı, Gəncə və Xaçmazda polis orqanları əməkdaşları ilə KİV nümayəndələrinin iştirakı ilə 3 Dəyirmi masa keçirilib. Dəyirmi masalarda polis orqanları ilə əlaqələrin inkişafı üçün bir sıra təkliflər verilib.

Xəbər lenti

Xəbər lenti