...

Avropa məhkəməsinin hakimi vəzifəsinə Azərbaycandan olan namizədlərlə müsahibə aparılıb

Cəmiyyət Materials 17 Dekabr 2007 19:17 (UTC +04:00)
Avropa məhkəməsinin hakimi vəzifəsinə Azərbaycandan olan namizədlərlə müsahibə aparılıb

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova/ Avropa məhkəməsinin hakimi vəzifəsinə Azərbaycandan olan namizədlərlə bazar ertəsi müsahibə aparılıb. Bu barədə İnsan Haqları üzrə Avropa Məhkəməsinin mətbuat xidmətinin əməkdaşı Rut Bali bazar ertəsi telefonla Strasburqdan telefonla bildirib.

"Bu gün 3 namizədlə müsahibə aparılıb. Avropa Şurası Parlament Assambleyasının yanvarın 21-25-də baş tutacaq yanvar sessiyasında onlardan biri bu posta seçiləcək" - deyə Bali bildirib.

Azərbaycan hökuməti Avropa Şurasına yeni namizədlərin siyahısını təqdim edib. Siyahıya Azərbaycanın Avropa Məhkəməsindəki hazırkı hakimi Xanlar Hacıyev, Bakının Əzizbəyov rayon məhkəməsinin hakimi

Rəşad Həsənov, Nəsimi rayon məhkəməsinin hakimi Aygün Abdullayeva daxildir. AŞPA Azərbaycanın Məhkəmə-Hüquqi Şurası tərəfindən təqdim olunan və üç namizəddən ibarət əvvəlki siyahını geri qaytarıb və bunu siyahıda həmin namizədlərin hakimlər üçün nəzərdə tutulan tələblərə cavab verməməsi ilə izah edib. Əvvəlki siyahıya Azərbaycanın Avropa Məhkəməsindəki hazırkı hakimi Xanlar Hacıyev, Azərbaycan Ali Məhkəməsinin hakimi Zakir Quliyev və Azərbaycanın Prezident Aparatının insan haqları sektorunun əməkdaşı Səadət Novruzova daxil idi. Konvensiyanın maddələrinə əsasən, yüksək hakim vəzifəsinə təyin olunan şəxslər yüksək mənəvi dəyərlərə malik olmalı və tələblərə cavab verməli və ya nüfuzlu hüquqşünas kimi tanınmalıdırlar.

Avropa Şurasının hakimləri 6 il müddətinə seçilir. Birinci dəfə üçün seçilən hakimlər üçün bu müddət göstərilən rəqəmdən azdır. İclasda Azərbaycanla yanaşı Litva, Bolqarıstan, Türkiyə, Moldova və Sloveniyadan hakimlərin seçilməsi məsələsi də müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti