...

Hökumət uşaq bağçalarının açılması üçün lisenziyaların dəyərinin azaldılması məsələsinə yenidən baxa bilər - nazir

Cəmiyyət Materials 19 Dekabr 2007 14:40 (UTC +04:00)
Hökumət uşaq bağçalarının açılması üçün lisenziyaların dəyərinin azaldılması məsələsinə yenidən baxa bilər - nazir

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Azərbaycanda uşaq bağçalarının açılması üçün verilən lisenziyaların dəyəri azaldıla bilər. "Əgər belə obyektlər açmaq istəyənlərin sayı artsa hökumət bu məsələni nəzərdən keçirə bilər"-çərşənbə günü Azərbaycanın təhsil naziri jurnalistlərə bildirib. Bu gün Azərbaycanda bu fəaliyyət növü ilə məşğul olmaq istəyənlər lisenziya üçün 10 min manat ödəməlidirlər. Yaxın illərdə Azərbaycanda yeni uşaq bağçalarının açılması gözlənilir. Nazir bildirib ki, ölkədə artıq 20 belə məktəbəqədər müəssisə fəaliyyət göstərir və onların sayını 50-dək artırmaq planlaşdırılır. Bu uşaq bağçalarının təlim-tərbiyə prosesinin səviyyəsi mətəmadi olaraq nazirlik tərəfindən yoxlanılır. Nazir bəzi ciddi olmayan çatışmazlıqlar istisna olmaqla, bir çox müəssisələrin fəaliyyətinin qənaətbəxş olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti