...

Mənfi rolda oynamağı özümə şərəf bilərəm-müğənni Elton Hüseynəliyev

Cəmiyyət Materials 19 Dekabr 2007 17:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 dekabr /müx. TrendLife Ayəndə Dadaşova/

Elton Hüseynəliyev "Azəri-star" yarışmasından tanınıb. Qısa müddətdə müxtəlif müsabiqələrdə fəxri diplomlarla təltif edilib. Gənc müğənni hazırda gərgin iş rejimindədir. 2008-ci ildə pərəstişkarlarını maraqlı layihələrlə sevindirəcək.

"İlk müxbirsiniz ki, sizə sirrimi açıram. Bu günlərdə "Muğam" teatrının direktoru Arif Qazıyevlə bir layihəni müzakirə etdik. Vasif Adıgözəlovun "Bakı" mahnısını simfonik orkestrlə lentə alacağıq. Yeri gəlmişkən, adıçəkilən mahnıya klip çəkdirməyə hazırlaşıram. Bundan əlavə, bəstəkar Aygün Səmədzadənin "Gecikmiş etiraf" mahnısı üzərində işləyirəm, həmçinin, ikinci diskimi buraxdıracam. Yanvarda ya da fevralda Türkiyəyə getməyi düşünürəm".

Müğənninin sözlərinə görə, yumorist aktyor Elməddin ona teleserialların birində komik düşmən rolunda çəkilməyi təklif edib.

"Kino janrına mən çox ciddi yanaşıram. Mən bir kino üçün ssenari yazmışam və çox istərdim ki, həmin filmdə rol alım. Əgər imkanım olsaydı, yəqin ki, filmi lentə alardım. Təəssüf ki, hətta 100 000 dolların olsa belə, normal film çəkə bilməzsən. Belə şeyləri yalnız arzulamaq olar. Bir arzum da var, Hacı Zeynalabdin Tağıyev haqqında filmdə istənilən rolu oynamaq. Hətta mənfi rolda da çəkilərdim. Mənfi rolda belə çəkilmək mənim üçün şərəf olardı"

-Bəs solo konsert necə, planınızda var?

-Bəli. Gələn il üçün mütləq solo konsert verəcəm. Konsertimdə həm muğam, həm klassik musiqilər səslənəcək. Əsas odur ki, sponsor və təşkilatçılar var. Mən onlara hazır proqram verməliyəm ki, onlar konserti təşkil etsinlər.

Xəbər lenti

Xəbər lenti