Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ ABŞ Azərbaycandakı dini tolerantlıqdan razıdır. "Azərbaycan dünya miqyasında dini tolerantlığa malik unikal dövlətdir və bu, Azərbaycanın böyük uğurudur" - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovla görüşündə Amerikanın Azərbaycandakı səfiri Enn Ders bildirib. Səfirin sözlərinə görə, dini azadlıq və milli təhlükəsizlik məsələlərinin tənzimlənməsi ABŞ-da da əsas məsələlərdən biridir. Ders hesab edir ki, bu sahədə ABŞ-la Azərbaycan arasında qarşılıqlı əməkdaşlığın qurulması hər iki dövlət üçün böyük əhəmiyyət kəsb edir.
Azərbaycanda qəbul olunan "Dini etiqad azadlığı haqqında" Qanuna görə, ölkədə dini icmalar sərbəst fəaliyyət göstərə bilər. Azərbaycanda 421 dini icma qeydiyyatdan keçib.