...

Müğənni İradə İbrahimova yeni ildə şou-proqramlardan imtina edib

Cəmiyyət Materials 26 Dekabr 2007 18:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 dekabr /müx. TrendLife Günel Əhmədova/

Vaqif Gərayzadənin növbəti bəstəsi İradə İbrahimovanın yaradıcılıq fəaliyyətində yeni mərhələ təşkil edəcək. Yeni ilin ilk aylarında dalğalara təqdim ediləcək mahnı hazırlıq ərəfəsindədir. Studiya işlərinin davam etdirildiyinb TrendLife-a söyləyən müğənni mahnının musiqi çarxlarında liderlik edəcəyinə əmin olduğunu bildirdi. Bəstəkarla birgə fəaliyyətinin klip şəklində davam etdiriləcəyini soruşanda, müğənni bu barədə hələ düşündüyünü söylədi:"Vaqif Gərayzadə bəstələri repertuarımda önəmli yer tutur. Növbəti bəstənin də "Hannan-Hana", "Alınmadı" qədər seviləcəyini düşünürəm".

2007-ci ilin yaradıcılıq fəaliyyətində önəmli olduğunu xatırladan müğənni kiçik hesabat verdi. İlin əvvəli və sonunda Brüssel və San-Fransiskoda keçirilən forumların yekununda konsert proqramı ilə çıxış etdiyini xatırladan müğənni, eyni zamanda, Londonun məşhur radio dalğalarının birində mahnılarının səsləndirildiyini diqqətə çatdırdı. Lakin sonuncu səfəri zamanı müğənni qiymətli əşyalarının olduğu çantasını itirib. İradə İbrahimova yarızarafatla növbəti ildə çantasının tapılacağı ümidini gizlətmədi.

2007-ci ilin müğənninin şəxsi həyatında ciddi dəyişikliklə yadda qalmadığı məlumdur. Ailəsinin himayəsində olan müğənni: "Amma bu o demək deyil ki, İradə İbrahimova ömrünü karyerasına həsr edib. Bütöv bir ailədən olduğuma görə, ailə mənim üçün müqəddəsdir" - dedi.

Yeni ilə sayılı günlər qaldığını nəzərə alıb, müğənnidən bayramını necə keçirəcəyini xəbər aldıq. Məlum oldu ki, İradə xanım bu il heç bir şou-proqrama qatılmaq fikrində deyil. Sifarişlərdən imtina edən müğənni bayramı ailə üzvləri ilə birlikdə qeyd edəcək:"Hələlik məkan axtarışındayam. Bakıdan kənara çıxmağı düşünürük. Ən önəmlisi, gedəcəyimiz yerin qarlı olmasıdır".

Xəbər lenti

Xəbər lenti