...

2004 - Olimpiadasının bürünc mükafatçısı Tronxeym və Münhendəki yarışlarda çıxış edəcək

Cəmiyyət Materials 27 Dekabr 2007 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov / Afina Olimpiadasının güllə atıcılığı proqramı üzrə bürünc mükafatçısı İradə Aşumova gələn ilin yanvarında bir neçə kommersiya yarışlarında çıxış etməyə hazırlaşır.

Yanvarın 8-də idmançı bir neçə dəfə uğurla çıxış etdiyi Tronxeymdəki ənənəvi yarışda iştirak edəcək. Bundan sonra o, Münhen şəhərinə yollanacaq. Burada Pekin Olimpiadası öncəsi daha bir beynəlxalq yarış keçiriləcək.

Aşumova bir neçə dünya kuboku, Avropa və dünya çepionatlarının yekunuları üzrə 2008-ci il Oyunlarına vəsiqə qazana bilməyib. İndi o, Beynəlxalq Olimpiya Komitəsindən vald-kart almağa ümid edir.

Xəbər lenti

Xəbər lenti