...

Brilyant Dadaşova Fərhad Bədəlbəylinin ilk mahnısını oxuyacaq

Cəmiyyət Materials 28 Dekabr 2007 15:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 dekabr /müx. TrendLife Günel Əhmədova/

Brilyant Dadaşova bəstəkar, pianoçu Fərhad Bədəlbəylinin mahnı janrında yazdığı ilk bəstəsini ifa edəcək. Müğənninin mətbuat katibinin Trendlife-a verdiyi məlumata görə, mahnı yazılıb və bu günlərdə AzTV-dən efirə gedəcək "İlin sənət sevincləri" verilişində ilk dəfə səsləndiriləcək.

Söhbət əsnasında öyrəndik ki, sözügedən veriliş bayram xarakteri daşıyır və burada incəsənətin müxtəlif sahəsindən sənət adamları iştirak edəcəklər. Yanvarın 1-də efirə çıxacaq veriliş Avropa üslubuna uyğunlaşdırılıb. Dadaşovanın aparıcılıq edəcəyi verilişdə Fikrət Əmirovun "Evləri var xana-xana" mahnısı yeni aranjemanda səsləndiriləcək.

Xəbər lenti

Xəbər lenti