...

Azərbaycanın paytaxtında rekord temperatur qeydə alınıb

Cəmiyyət Materials 7 Yanvar 2008 14:31 (UTC +04:00)
Azərbaycanın paytaxtında rekord temperatur qeydə alınıb

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanın paytaxtı Bakı şəhərində yanvarın 7-də gecə rekord temperatur qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bazar ertəsi Trend ə bildirib ki, yanvarın 7-də gecə Bakı və Abşeron yarımadasında mənfi 6 dərəcə şaxta olub. Onun sözlərinə görə, Bakıda yanvarın əvvəllərində heç vaxt bu cür temperatur qeydə alınmayıb. Yanvarın əvvəllində ən güclü şaxta 1935-ci ildə qeydə alınıb ki, həmin ildə gecə 3,5 dərəcə şaxta olub.Verdiyev deyib ki, son üç gündə Bakı və Abşeron yarımadasında düşən qar aylıq normanın 100 faizini təşkil edib.

Son 3 gündə Azərbaycanda temperatur aşağı düşüb və bu , güclü qarla müşayiət olunur. Ölkənin cənub və şimal regionlarında qarın hündürlüyü yarım metrə çatıb. Paytaxt Bakıda da dumanlı və güclü qar qeydə alınıb. Yollar buz bağladığından, nəqliyyat vasitələrinin hərəkəti iflic vəziyyətinə düşüb.

Baş hidroloq bildirib ki, yaxın 2 gündə Azərbaycanın əksər rayonlarında, o cümlədən paytaxt Bakıda hava şəraiti qismən stabilləşsə də, qısa müddətlərlə qarın yağacağı proqnozlaşdırılır. Hava,əsasən, dəyişkən buludlu və yağmursuz olacaq. Yanvarın 8 və 9-da Bakı və Abşeron yarımadasında gecə 3-6 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti