Azərbaycan, Bakı, 15 yanvar /müx. TrendLife Cavid Osmanov/
Xalq artisti Məleykə Əsədova arada mahnı da ifa edir. Onun oxuması musiqisevərlərdə qəribə təssürat yaratsa da o, müğənnilik sevdasından əl çəkmək niyyətində deyil. TrendLife-da olan məlumata görə, aktrisa-müğənni bu yaxınlarda "Bağışla məni, ana" mahnısına klip çəkdirib. Mahnının sözləri Rahilə və Sevil İbrahimqızına, musiqisi Natiq Şuşalıya aiddir. Klipin rejissoru Səmri Qulamov, operatoru Elmir Süleymanovdur.
- Çox ağır mahnıdır. Allah çox şükür ki, bütün çətinliklər arxada qaldı. Klipdə, əsasən, ailə arxivindən olan kadrlar istifadə olunub. Əsərin sonunda isə, qızım gələcəyə yol tapmağa mənə kömək edir. İnanıram ki, tamaşaçılar bu ekran əsərimi yüksək qiymətləndirəcəklər. Çoxları mənə "nəyə görə mahnı belə adlanır?"-sualını verir. İş ondadır ki, can üstündə olan anam mənə zəng vuranda çəklişdə idim. Bu səbəbdən də telefonum bağlı idi. Hər zaman anamın məzarını ziyarət edəndə ilk olaraq bu sözləri deyirəm: "Bağışla məni, ana"