Azərbaycan, Bakı, 15 yanvar/ Trend , müxbir Z.Səfərov/ Yaxın aylarda Beynəlxalq Olimpiya Komitəsinin Qiymətləndirmə komissiyası Bakıya gələcək
Azərbaycan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Trend -ə bildirib ki, BOK Olimpiada-2016-nın keçirilməsinə namizəd şəhərlərin siyahısını açıqladıqdan sonra, paytaxtın imkanlarını qiymətləndirmək üçün BOK-un xüsusi müfəttişlərinin gəlişi 2016-cı il Oyunları uğrunda mübarizənin vacib mərhələlərindən biri olacaq. "Qiymətləndirmə komissiyasının səfərinin dəqiq tarixi haqqında danışmaq hələ tezdir. Lakin ona hazır olmaq lazımdır. Bundan əlavə, püşkatmada Bakıya düşən beşinci nömrə ekspertlərin bizə bu ardıcıllıqda gələcəyi demək deyil" - Hüseynzadə qeyd edib.
Xatırladaq ki, Olimpiadanın təşkili hüququ uğrunda Rio-de-Janeyro, Doha, Praqa, Tokio, Çikaqo və Madrid də mübarizə aparır.