Azərbaycan, Lənkəran, 18 yanvar / Trend , müxbir P.Əliyeva/ Azərbaycanın cənub bölgəsində yayımlanan "Cənub TV"-nin əməkdaşlarını döyən Masallı rayon elektrikpaylayıcı şəbəkəsinin rəisi Allahverdi İsmayılov törətdiyi əməldən peşiman olduğunu etiraf edib və bu gün telekanal əməkdaşlarından üzr istəyib. Bu barədə cümə günü Trend ə "Cənub TV"-dən məlumat verilib.
"Cənub TV"-nin müxbiri Nurlan Nəsirov və operatoru Vidadi Əzizov Masallı rayon elektrikpaylayıcı şəbəkəsində çəkiliş aparan zaman şəbəkənin rəisi Allahverdi İsmayılov onlara bir neçə dəfə stulla zərbələr endirib, ən ağır söyüşlərlə təhqir edib.
Məlumata görə, Allahverdiyev üzr istədiyindən, telekanal rəhbərliyi onu məhkəməyə verməkdən imtina edib.