...

Müğənni Ruhi yeni mahnısına klip çəkdirəcək

Cəmiyyət Materials 29 Yanvar 2008 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar /müx. TrendLife Türkan İmaməliyeva/

Klipmeyker Fuad Əlişov bu il əməlli-başlı məhsuldarlıqla çalışır. Maşallah, rejissorun çəkdiyi kliplərin sayı-hesabı itib. Bu dəfə isə Ruhi yeni mahnısını ekranlaşdırmaq üçün Fuad Əlişova müraciət edib. Yəqin dərhal sual doğar ki, son dövrlər kliplərini yalnız rejissor Kənan M.M-ə çəkdirən Ruhi niyə bu dəfə ənənəsini pozub? Bunların da aralarından qara pişik ötüb? Suala cavab axtararkən məlum oldu ki, Fuada müraciət etməkdə məqsəd başqadır. Sən demə, Ruhinin klip çəkdirdiyi mahnının sözləri Kənan M.M-ə məxsusdur. "Ağlama, gedirəm" adlı bu mahnını Ruhi ilə Kənan duet şəklində ifa edəcəklər. Ancaq Kənan müğənni kimi klipdə görünməyəcək. Yəni bu duet olsa da, Ruhi oxuyacaq, Kənan isə mətni qiraət şəklində ifa edəcək. Sözlər də məhz Kənana məxsus olduğu üçün rejissor seçimində dəyişiklik etmək məcburiyyətində qalan Ruhi Fuada müraciət edib. Maraqlandıq ki, Kənan rejissor kimi klipdə Fuada hər hansı bir təklif veribmi?

TrendLife-ın sualına cavab verən Kənan bildirdi ki, özü rejissor olsa da, bu dəfə Fuad Əlişovun rejissor işinə qətiyyən müdaxilə etməyi düşünmür. Onun sözlərinə görə, hər rejissorun mövzuya yanaşması fərqlidir. Elə bu səbəbdən də ssenarini tam Fuad Əlişova etibar edib.

Xəbər lenti

Xəbər lenti