...

Fransada Azərbaycanlı tələbələrin Avropa Forumu keçiriləcək

Cəmiyyət Materials 5 Fevral 2008 08:50 (UTC +04:00)
Fransada Azərbaycanlı tələbələrin Avropa Forumu keçiriləcək

Azərbaycan, Bakı, 05 fevral / Trend / Bu gün Azərbaycanlı tələbələrin Avropa Forumu, (ATAF) Fransanın paytaxtı Paris şəhərində Fransada təhsil alan azərbaycanlı tələbələrin ilk genişmiqyaslı forumunu təşkil edəcək.

Fransa Senatında keçiriləcək forumda Fransanın müxtəlif şəhərlərində təhsil alan azərbaycanlı tələbələrlər iştrak edəcək. Forumda xarici qonaqların, Azərbaycandan qeyri-hokumət təşkilatları, yerli və xarici media nümayəndələri.

4 gün davam edəcək forum 5 fevralda iştirakçıların Parisə gəlməsiylə başlayacaq, 8 fevrala qədər davam edəcək.

Forum iştrakçılarının müzakiəsinə "Neft strategiyası" - siyasi, iqtisadi və ekolojik aspektləri, Cənubi Qafqaz regionun inteqrasiya imkanları, Azərbaycanın perspektivləri, Fransada azərbaycanlılar : Şəbəkə strategiyası üçün kimi mövzular qoyulacaq.

Forumun 3-cü günü Parisin məşhur "Gibus" əyləncə mərkəzində Azərbaycan gecəsi təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti