...

"AzərReyl" oyunçuları ilə yollarını ayırmaq niyyətində deyil

Cəmiyyət Materials 5 Fevral 2008 10:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 fevral / Trend , müxbir Z.Səfərov/ Qadınlardan ibarət "AzərReyl" voleybol klubunun rəhbərliyi Oksana Quliyeva və Valeri Korotenkonun icarə əsasında "Fənərbaxçaya" keçməsinə baxmayaraq, bundan sonra oyunçuları ilə yollarını ayırmaq niyyətində deyil.

Dəmiryolçuların məşqçi qərargahı oyunçularını "dağıtmamaq" qərarına gəlib. Həm də onlardan çoxu fiziki formalarını təzəcə bərpa edirlər. Belə ki, Lidiya Maksimenko zədədən sonra Ukraynada bərpa prosesi keçir, Yelena Parxomenko əməliyyat olunub və mövsümün sonuna qədər oynaya bilməyəcək. Bununla yanaşı ana olan Kseniya Kovalenko və Oksana Məmmədyarova ancaq fiziki formalarını toplayırlar. Buna görə, məqçi qərargahı artıq yeni mövsümə hazırlaşmaq üçün sərəncamında olan bütün oyunçuları praktiki olaraq saxlamaq niyyətindədir.

Oksana Quliyeva artıq "Fənərbaxça"nın heyətinə qatılmaq üçün Türkiyəyə yola düşüb, Valeriya Korotenko isə artıq bu klubun düşərgəsindədir.

Xəbər lenti

Xəbər lenti