...

Azərbaycan cüdoçularını dörd lisenziyalı turnir gözləyir

Cəmiyyət Materials 5 Fevral 2008 13:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 fevral / Trend , müxbir Z.Səfərov/ Bir neçə lisenziyalı turnirdə iştiraka hazırlaşan Azərbaycanın cüdo yığması vətənə mart ayında qayıdacaq.

Komandanı yaxın günlərdə Parisdə keçiriləcək Dünya superkuboku gözləyir. Bundan sonra yığma təlim məşq toplanışı keçmək üçün Fransada qalacaq. Daha sonra isə Avstriyada keçiriləcək yarışda iştirak edəcək. Avstriyanın ardınca cüdoçuları Hamburqda Dünya superkuboku gözləyir. Buradan isə komanda təqvimə görə, daha bir yarışda iştirak etmək üçün Praqaya yollanacaq. Göründüyü kimi, yığmanın turnir cədvəli olduqca sıxdır və idmançılar uzun sürəcək marafona tab gətirməlidirlər.

Elnur Məmmədli ( 73 kq) artıq Pekində iştirak üçün özünə vakansiya təmin edib. Ramil Qasımov ( 66 kq), Mehman Əzizov ( 81 kq), Elxan Məmmədov ( 90 kq), Mövlud Mirəliyev ( 100 kq) və Kifayət Qasımova isə buna çox yaxındırlar.

Xəbər lenti

Xəbər lenti