...

Azərbaycanda siyasi məhbus problemi yoxdur - Prezident Aparatının şöbə müdiri

Cəmiyyət Materials 5 Fevral 2008 13:36 (UTC +04:00)
Azərbaycanda siyasi məhbus problemi yoxdur - Prezident Aparatının şöbə müdiri

Azərbaycan, Bakı, 05 fevral / Trend , müxbir İ.Əlizadə/ Avropa hüquq məkanına daxil olan ölkədə siyasi məhbus problemi ola bilməz və Azərbaycanda siyasi məhbus problemi yoxdur. "Əgər kimsə Azərbaycan məhkəmələrinin qərarından narazıdırsa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edə bilər" - deyə çərşənbə axşamı jurnalistlərə açıqlamasında Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

Avropa Şurası və digər beynəlxalq təşkilatlar Azərbaycanda siyasi məhbusların olduğunu bildirirlər. Azərbaycanın hüquq müdafiəçiləri siyasi məhbus hesab etdikləri məhbusların siyahısını hazırlayıblar. Avropa Şurası həmin məhbusların azadlığa buraxılmasını tələb edir. Əgər mart ayına qədər siyasi məhbuslar azadlığa buraxılmasa, AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçi təyin edəcəyi gözlənilir.

Prezident Aparatının rəsmisi qeyd edib ki, son vaxtlar bəzi qüvvələr Azərbaycanda siyasi məhbus məsələsi ətrafında spekulyasiyalar edirlər.

Həsənov Azərbaycan məhkəmələrinin qərarından narazı olan şəxslərə Avropa Məhkəməsinə müraciət etməyi məsləhət görürür.

Xəbər lenti

Xəbər lenti