...

Rəsmi Bakı əsirlərin azad edilməsi ilə məşğul olan beynəlxalq təşkilatların fəaliyyətindən narazıdır

Cəmiyyət Materials 5 Fevral 2008 14:14 (UTC +04:00)
Rəsmi Bakı əsirlərin azad edilməsi ilə məşğul olan beynəlxalq təşkilatların fəaliyyətindən narazıdır

Azərbaycan, Bakı, 05 fevral / Trend , müxbir İ.Əlizadə/ Rəsmi Bakı əsir və girovların azad edilməsi ilə məşğul olan beynəlxalq təşkilatların fəaliyyətindən narazıdır. "Beynəlxalq təşkilatlar hələ də Ermənistanda əsirlikdə saxlanılan azərbaycanlıları azad edə bilməyiblər. Eyni zamanda, bununla bağlı kifayət qədər qətiyyətli addımlar atmayıblar" -deyə çərşənbə axşamı jurnalistlərə açıqlamasında Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

2006-cı ilin dekabrın 24-də ermənilər tərəfindən əsir götürülən Azərbaycan ordusunun əsgəri Samir Məmmədov beynəlxalq təşkilatların vasitəçiliyi ilə üçüncü ölkəyə təhvil verilib. Lakin həmin ölkənin adı açıqlanmır.

Prezident Aparatının rəsmisi qeyd edib ki, neçə illərdir ki, Ermənistanda minlərlə azərbaycanlı əsir və girov saxlanılır. Həsənov vurğulayıb ki, həmin əsir və girovlar təkcə hərbçilər deyil, onlar arasında mülki vətəndaşlar da var: "Biz əsirlərin azad olunması ilə bağlı görülən tədbirlərə hörmətlə yanaşırıq. Lakin ciddi narazılığımızı da gizlətmək niyyətində deyilik".

"Azərbaycan ordusunun əsir düşmüş əsgəri Samir Məmmədovun azad olunması ilə bağlı narazılıqlarımız var. Bu məsələ ilə bağlı beynəlxalq təşkilatlarla danışıqlarımız davam edir" - deyə Həsənov əlavə edib.

Xəbər lenti

Xəbər lenti